Nazirlikdən elektron arayış verilməsilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Nazirlikdən elektron arayış verilməsilə bağlı AÇIQLAMA

80203

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 280 mindən çox e-arayış verilib.

Bizim.Media nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında 280 110 elektron arayış verilib. 

Son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30-dək elektron arayış xidməti yaradılıb. 

Nazirliyin e-xidmətləri vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir. 
Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 5 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 88 milyondan çox olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin