Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Qarasaqqalı kəndində vətəndaşa məxsus taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Məhərrəmov Məhərrəm Abdulxaliq oğluna məxsus biçilmiş taxıl sahəsində baş verdiyi və alovun hər an yaxınlıqda yerləşən biçilməmiş taxıl sahəsinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək alovun biçilməmiş taxıl sahəsinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində 4 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, o cümlədən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan vətəndaşlara müraciət edərək, xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:47 / 21.06.2022
Kürdəmirdə 4 ha taxıl sahəsi yanıb - VİDEO
Hazırda oxunan: Kürdəmirdə 4 ha taxıl sahəsi yanıb - VİDEO
Hazırda oxunan: Kürdəmirdə 4 ha taxıl sahəsi yanıb - VİDEO
80198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.