II Milli Yaylaq Festivalına sayılı günlər qaldı - FOTO

Hazırda oxunan: II Milli Yaylaq Festivalına sayılı günlər qaldı - FOTO

80182

Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında keçiriləcək II Milli Yaylaq Festivalına hazırlıq işləri artıq start götürüb. Ərazidə yolların, yurdların, düşərgələrin, avtomobillər üçün dayanacaq və s. tematik sahələrin qurulması prosesi sürətlə davam edir.

Bizim.Media xəbər evrir ki, bu fikirləri AZƏRTAC-a Milli Yaylaq Festivalının layihə rəhbəri və ideya müəllifi Müzadil Həsənov deyib.

O, bu il təşkil olunacaq II Milli Yaylaq Festivalında maraqlı və möhtəşəm layihələrin həyata keçiriləcəyini deyib:
“Layihələrin bir qismi üzərində işlər gedir. Sənətkarlıq guşəsi demək olar ki, tamamlanıb. Bu guşədə ölkəmizdən və xaricdən gələn sənətkarlar əl işlərini həm sərgiləyə, həm də sata biləcəklər. Təbii ki, bu proses tam təmənnasız olacaq. Yaylaq bazarı layihəsinin də bir qismi hazır olub. Həmçinin Xan yaylağının da qurulması prosesi davam edir.

II Milli Yaylaq Festivalında yerli iştirakçılarla yanaşı, 22 xarici ölkədən 300-ə yaxın iştirakçının və fəxri qonaqların dəvəti nəzərdə tutulur.

“Bir neçə həftəyə biz çadırların yerində inşasına başlayacağıq. Hava şəraiti müəyyən qədər çətinliklər yaratsa da biz işlərimizi görməyə davam edirik. I Milli Yaylaq Festivalından fərqli olaraq bu il biz daha geniş ərazi seçmişik.
Bu, bizə həm sıxlığın qarşısını almaqda köməklik edəcək, həm də bir çox yeni layihələr bu ilki festivala əlavə olunacaq. Misal üçün, keçən ilki festivalda bizim 5-6 tematik sahəmiz var idisə, bu il təxminən 30-a yaxın olacaq. Burada ziyarətçilərin ehtiyaclarını qarşılamaq üçün yeməkxanalar, sanitar qovşaqları və s. inşa olunacaq,” – deyə Müzadil Həsənov bildirib.

Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin