Kəskin leykozdan əziyyət çəkən 12 yaşlı Ayşən üçün vəsait toplandı – VİDEO 

Hazırda oxunan: Kəskin leykozdan əziyyət çəkən 12 yaşlı Ayşən üçün vəsait toplandı – VİDEO 

80123

Kəskin leykoz xəstəliyindən əziyyət çəkən 12 yaşlı Ayşənin yaşaması üçün lazım olan məbləğ toplanıb.

Bizim.Media xəbər verir ki, “Elgizlə izlə” verilişində Ayşənin sağalması üçün başladılan yardım marafonu xoş sürprizlə bitib.  

Belə ki, adının açıqlamasını istəməyən şəxs Ayşənə dəstək üçün 65450 manat pul yollayıb.

Verilişin aparıcısı Elgiz Əkbər Ayşənin müalicəsi üçün 118 min manat vəsaitin lazım olduğunu bildirib. Bildirilir ki, Ayşən ailəsi ilə birlikdə müalicə üçün İstanbula yola salınıb.  

Qeyd edək ki, sözügedən məbləğin 50.550 manatı artıq Ayşən üçün proqrama gələn yardımsevərlər tərəfindən yığılıb. Vəsaitin 2000 manatı ailənin yol xərclərinə sərf olunub. 

Rəşad Əliyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin