Bakının bəzi mərkəzi prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

Hazırda oxunan: Bakının bəzi mərkəzi prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

80120
Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
 
Bu barədə “apa-Economics”x9də Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.
 
Məlumata görə, eyni zamanda Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi 6 iyun tarixində axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
 
Bu, 12 iyunda başlanacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin