AMEA rəsmisi dövlət qurumunu məhkəməyə verdi

Hazırda oxunan: AMEA rəsmisi dövlət qurumunu məhkəməyə verdi

80100

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru Aytən Mustafazadə məhkəməyə müraciət edib. 

Bizim.Media xəbər verir ki, A.Mustafazadə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq mübahisələri ilə bağlı iddia qaldırıb. 

İddia ərizəsinə Bakı İnzibati Məhkəməsində baxılacaq. 

Şikayət araşdırılması üçün hakim Aygün Abdullayevanın icraatına verilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin