“Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarının birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu “Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.
“2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.
1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:31 / 20.06.2022
Bakıda 7-ci mərtəbədən yıxılan ana və körpəsinin vəziyyəti stabildir - KTM
Hazırda oxunan: Bakıda 7-ci mərtəbədən yıxılan ana və körpəsinin vəziyyəti stabildir - KTM
Hazırda oxunan: Bakıda 7-ci mərtəbədən yıxılan ana və körpəsinin vəziyyəti stabildir - KTM
80092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.