İyunun 18-də və 19–da ölkə ərazisində qeydə alınan cinayətlərdən 80-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in məlumatında bildirilir.  
Qeyd olunur ki, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.  
Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb. 
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							10:47 / 20.06.2022
							
						Axtarışda olan 66 nəfər saxlanıldı – DİN
						
							
								Hazırda oxunan: Axtarışda olan 66 nəfər saxlanıldı – DİN  							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Axtarışda olan 66 nəfər saxlanıldı – DİN  							
						80037
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































