"Azadlığın ad günü: Zəngəzur" - Mir Şahin Ağayevin Şurnuxu filmi - VİDEO

Hazırda oxunan: "Azadlığın ad günü: Zəngəzur" - Mir Şahin Ağayevin Şurnuxu filmi - VİDEO

8000

Real TV-nin baş direktoru Mir Şahin Ağayev Şurnuxuya gedib, mövzu ilə bağlı film hazırlayıb.

Bizim.Media xəbər verir ki, "Azadlığın ad günü: Zəngəzur" adlanan videomaterialda Mirşahin Ağayev əvvəlcə Şurnuxu (Şurnux) kəndi haqqında məlumat verib.

Vurulayıb ki, ən qədim zamanlardan 1988-ci ilə qədər kəndin sakinləri azərbaycanlılar olub. Lakin həmin illərdə regionun digər kəndləri kimi Şurnuxu sakinləri də ermənilərin zor gücü ilə deportasiyasına məruz qalıb. 

Diqqət olunası digər məqam o idi ki, 34 dəqiqəlik vidematerialın müəllifi kəndin adına Şurnux desə də, ilk müsahib olan kənd sakini Hidayət Məsməliyevin elə ilk sözləri Şurnuxu kəndi oldu. Sakin həm də bildirib ki, "babalarımız Şurnuxudan bir az yuxarıda yerləşən Ağvanlı bəylərindəndir." 

Qeyd edək ki, 1918-1920-ci illərdə Andronik və Njde kimi terrorçu ermənilər Ağvanlı kəndini dağıdıb, xəritədən siliblər.

Mir Şahin Ağayev helikopterlə uçuş zamanı nitqi və görüntülərlə erməni vəhşiliklərini nümayiş etdirib, qədim kəndlərimizin necə xarabalığa çevrildiyindən bəhs edib. Prezident İlham Əliyevin müxtəlif illəri əhatə edən çıxışlarının yer aldığı qısametrajlı filmdə jurnalist ölkə başçısının "biz ora qayıdacağıq, biz orada yaşayacağıq" sözlərini xüsusi vurğulayıb. Həqiqətən də biz ora qayıdırıq. 

Sərhədçilərlə söhbətləşən telekanal rəhbəri Gorus-Qafan yolundan da söz açıb. Ermənistana aid əraziyə keçən jurnalist erməni ailəsinin çay süfrəsinə qatılıb və onların necə ağır vəziyyətdə yaşadıqlarını nümayiş etdirib. 

Sözügedən filmi tam izləyə bilərsiniz
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin