Qubada milli tatar bayramı sona çatdı - FOTO

Hazırda oxunan: Qubada milli tatar bayramı sona çatdı - FOTO

79974

Qubada keçirilən "Sabantuy" milli tatar bayramı artıq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bayrama yığışan tatar qonaqlarla yanaşı qubalı tamaşaçılar da tatar xalqına aid milli bayram əyləncələrinin şahidi olublar.

MÖVZU İLƏ BAĞLI:

Qubada Azərbaycanda yaşayan tatarların milli bayramı keçirilir - FOTO


Bu gün Qubanın məşhur Qəçreş istirahət məkanında qeyd edilən "Sabantuy"da çıxışlar və əyləncə növləri Azərbaycan, rus, tatar dillərində aparılıb.

Rəsmi hissə Azərbaycanın, Rusiyanın və Tatarıstanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Əyləncəli  və musiqili hissədə tatar milliliyi özünü daha  qabarıq şəkildə göstərib.

Milli geyimli gənclər xalqa məxsus milli güləş (küleş), qab sındırmaq, torba ilə qaçış, torba ilə döyüş, qaşıqda yumurtanı ağızda gəzdirmək, ip dartınması kimi tatar oyunlarını nümayiş etdiriblər. Tatar, Azərbaycan, rus dilində mahnılar tamaşaçılara ərmağan edilib.

Azərbaycan Tatar Gəncləri Mərkəzinin rəhbəri Diyaz Əhmədcanov Bizim.Media-ya özəl açıqlama verib.

Onun sözlərinə görə, “Sabantuy" - "Kotan bayramı" azərbaycanlıların Novruz bayramına bənzəyir:

“Fərq ondadır ki, Novruz bayramı hər il torpaq oyananda, yaz tarla işlərinə start veriləndə keçirilirsə, tatarların "Sabantuy"u isə  əkin-biçindən sonra iyun-iyul ayında baş tutur”.

Tədbirin təşkilatçıları 1000-dən artıq  tatarın qatıldığı milli bayrama sahiblik edən Quba rayonunun icra hakimiyyəti rəhbərliyinə təşəkkür ediblər.

Bu milli bayramın bölgədə  keçirilməsi, sayca ümumən 16-cı olması bir daha  Azərbaycanın multikultural dövlət, Qubanın tolerant rayon olmasını göstərib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin