Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxıldı

Hazırda oxunan: Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxıldı

79962

Xəbər verdiyimiz kimi, iyunun 19-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Bu faktı ANAMA-nın Mətbuat Xidməti təsdiq edib.

Mənbə yazır ki, partlayış dalğası zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül xəsarət yetirib.

Bizim.Media ANAMA-ya istinadən xəbər verir ki, nəticədə Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılıb.

MÖVZU İLƏ BAĞLI:

ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdü


Zəruri müayinələrdən keçərək onun evə buraxıldığı deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin