Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”x9dnın təqdimatı keçirilib

Hazırda oxunan: Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”x9dnın təqdimatı keçirilib

79921
      Moderator.az-ın verdiyi xəbərə görə,  Tanınmış tədqiqatçı alim  tarix  elmləri doktoru Nəsiman Yaqublunun Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”x9d nəşr edilib(Qeyd edək ki, bu ensiklopediya bundan əvvəl Bakıda və Moskvada da Azərbaycan və rus dillərində nəşr edilmişdi).”x9dAzərbaycan Kültür Dərnəyi”x9d Yayınları olaraq (Yayın sayısı-59) bu kitab Ankaradakı “Nərgiz”x9d mətbəəsində nəşr edilib. Kitabı Türkiyə türkçəsinə Tuncər Kirhan, Nəsrin Ünal və Səlcuq Önal çevirmişlər.İki minə yaxın tirajla nəşr edilən bu kitabın Ankaradakı “Sürməli”x9d otelin böyük zalında təqdimatı keçirilib.Giriş sözü olaraq “Azərbaycan Kültür Dərnəyi”x9dnin Başqanı Cəmil Ünal bəy çıxış edib ensiklopediyanın əhəmiyyətindən və  Türkiyə mühiti üçün önəmli məqamlarından danışıb.Sonra çıxış edən müəllif  N.Yaqublu ensiklopediyanın nəşrinə verdiyi dəstəyə görə “Azərbaycan Kültür Dərnəyi”x9dnə, eləcə də bu kitabın nəşrində əməyi keçən hər bir kəsə dərin təşəkkürlərini bildirib.
     Tədbirdə Türkiyənin keçmiş Səhiyyə Naziri Enis Öksüz,M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə,Bakı Dövlət Universitetinin professorları AlmazMəmmədova və Nüşabə Məmmədova iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin