Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərdə görülən işlərlə tanış olublar.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, işğaldan azad olunmuş rayonlarda hərbi polisin xidməti fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yataqxana və xidməti otaqlar, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi, eləcə də digər infrastruktur obyektlərinin tikilməsi və müasir avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.
Sonra general-polkovnik Z.Həsənov tikintisi davam edən maddi-texniki təminat anbarlarına baxış keçirib.
Bildirilib ki, iqlim və relyefdən asılı olmayaraq qoşunların fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək məqsədilə müasir tələblər nəzərə alınaraq inşa edilən anbarlar vasitəsilə bölmələr silah-sursat, yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla mərkəzləşdirilmiş qaydada təmin olunacaq.
Tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:01 / 19.06.2022
Zakir Həsənov Kəlbəcər və Laçında tikilən hərbi obyektlərə baş çəkdi - FOTO
Hazırda oxunan: Zakir Həsənov Kəlbəcər və Laçında tikilən hərbi obyektlərə baş çəkdi - FOTO
Hazırda oxunan: Zakir Həsənov Kəlbəcər və Laçında tikilən hərbi obyektlərə baş çəkdi - FOTO
79920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.