Türkiyədə 2015-ci il parlament seçkilərinə bir həftə qalmış, ölkə xaricində səsvermə prosesləri start götürüb.
ans tv-nin məlumatına görə, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları səs vermək üçün səfirlik və konsulluqlardakı məntəqələrə gəliblər.
Azərbaycanda səsvermə prosesi Bakıdan əlavə Gəncə və Naxçıvandakı konsulluqlarda davam edir.
Səsvermə saat 20:00-dək davam edəcək. Seçkidə Azərbaycanda yaşayan 6500-dən çox türk vətəndaşı iştirak edir.
Türkiyə xaricində vətəndaşların səsvermə prosesi iyunun 7-dək davam edəcək.





























































































