Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar”x9d və “Qum dəniz”x9d yataqlarının daxil olduğu blokun işlənməsinə dair PSA (hasilatın pay bölgüsü) tipli müqavilə çərçivəsində maliyyələşmə 2015-ci ildə daha 2 milyon dollar artırılacaq.
Bu barədə “Greenfields Petroleum Corporation”x9d şirkəti məlumat yayıb.
“Bahar”x9d yatağının operatoru olan “Bahar Energy”x9d şirkətinin həmtəsisçisi “Greenfields Petroleum Corporation”x9d şirkəti “Bahar”x9d və “Qum dəniz”x9d yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatına dair PSA tipli müqavilə çərçivəsində texniki məsləhətçi kimi də çıxış edir.
Məlumata əsasən, “Greenfields Petroleum Corporation”x9d 2013-cü il noyabr tarixli kredit müqaviləsi çərçivəsində əlavə 2 milyon dollar alacaq. Yeni tranş çərçivəsində əldə olunan vəsait Azərbaycanda “Bahar”x9d və “Qum dəniz”x9d yataqlarının işlənməsi üzrə şirkətin davam edən əməliyyatlarının maliyyələşməsi üçün nəzərdə tutulub. Kredit illik 15 faizlə ayrılıb və 2015-ci il dekabrın 31-nə kimi ödənilməlidir.
“Bahar Energy”x9d şirkətinin fəaliyyətindən əlavə gəlirlər daxil olduğu halda kreditin vaxtından əvvəl ödənilməsi nəzərdə tutulub.



































































































