Nabran çimərlikləri boşdur - Səbəb... - FOTO

Hazırda oxunan: Nabran çimərlikləri boşdur - Səbəb... - FOTO

79855

İyun ayının 15-dən ölkədə çimərlik mövsümünə start verilsə də, Nabran çimərliklərində sakitlik hökm sürməkdədir. Son günlər havanın yağmurlu və qeyri-sabit keçməsi çimərlik turizminə də mənfi təsirini göstərib. Çimərliklərin sahil boyu bomboş olması diqqət çəkir.  

Bir müddət əvvəl Bizim.Media olaraq Nabranda çimərliklərin heç də təmiz və səliqəli olmadığı barədə yazı vermişdik.

Hələlik infrastruktur baxımından Nuh əyyamı dövründə qalmaqda davam edən Nabranın çimərliklərində artıq təmizlik işlərinin görüldüyünü müşahidə etdik.  

Xaçmaz İH başçısının Nabran İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Nəzakət İskəndərova Bizim.Media-ya bildirib ki, sahil zolağı boyu xüsusi təmizlik işləri aparılıb, texnika vasitəsi ilə məişət tullantıları daşınıb.  

İcra nümayəndəsi də hələlik çimərliklərdə hava şəraitinə görə turistlərin gələ bilmədiyini təsdiqləyib.
Onun sözlərinə görə, əsas Bakı-Quba yolunda bərpa işlərinin görülməsi, yolun birtərəfli olması turistlərin şimala, o cümlədən Nabrana da axınını azaldıb.  

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin