Maşın nömrəsi almaq istəyən şəxsi aldatdılar

Hazırda oxunan: Maşın nömrəsi almaq istəyən şəxsi aldatdılar

79834
Bakıda baş vermiş dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub. 

Lent.az xəbər verir ki, 9-cu Polis Bölməsinə müraciət edən 1972-ci il təvəllüdlü Alxan Məmmədov bildirib ki, tanışı, 1983-cü il təvəllüdlü Asiman Baxışova 700 manat verib. A.Məmmədov pulu mayın 16-da Neftçilər prospekti 2 ünvanının qarşısında verdiyini, məqsədinin isə “zerkalni”x9d avtomobil nömrəsi almaq olduğunu qeyd edib. Lakin A.Baxışov verdiyi sözə əməl etməyib və vəd etdiyi nömrəni sifarişçiyə verməyib.

Hazırda müraciət əsasında araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin