Bakıda tələbə qızın faciəli ölümü

Hazırda oxunan: Bakıda tələbə qızın faciəli ölümü

79829
Səhər ayılan valideynləri Aynuru yerində tapmayıblar.

Bakı şəhəri, Xətai rayonu ərazisində gənc qız faciəvi şəkildə ölüb. 

Moderator.az xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, yanvarın 16-na keçən gecə A.Qurbanov küçəsi 25 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Aynur Süleymanlı hamam otağında dəm qazından boğulub. 

A.Süleymanlı saat 23.00 radələrində hamam otağına gedib. Bundan 5-6 saat sonra onun valideynləri oyanıb və qızı yerində tapmayıblar. Onlar hamama baxdıqda 21 yaşlı A.Süleymanlının artıq keçindiyini görüblər.

Qeyd edək ki, A.Süleymanlı Bakı Sənaye Pedaqoji Kollecinin tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.(lent.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin