Nənə dövlətdən müavinət alan nəvəsini Bərdə bazarında DİLƏNDİRİR – Tükürpədici FOTO 

Hazırda oxunan: Nənə dövlətdən müavinət alan nəvəsini Bərdə bazarında DİLƏNDİRİR – Tükürpədici FOTO 

79828

Bərdə bazarında nənəsi tərəfindən DSP diaqnozlu (Uşaq serebral iflici) uşaq diləndirilir. 

Bizim.Media-ya bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə sözügedən uşaq səhhəti ilə əlaqədar müavinət alsa da, nənəsi onu dayanmadan

Bərdə bazarında dilənməyə məcbur edir. Məsum isə davamlı olaraq səhhətindən əziyyət çəkir: 

“Nədir bu??? Uşaq əməyi? Məişət zorakılığı? İqtisadi asılılıq? İşgəncə? Məsuliyyətsizlik? Cavabını siz verin!”
Kəmalə Ağazadə Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də Bərdə rayon İcra Hakimiyyətinə səslənərək, həmin qurumların müvafiq şöbələri tərəfindən məsələni nəzarətə götürmələrini və nənə barədə tədbir görülmələrini tələb edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin