Rüfət Muradlı: “Verilən vədlərdə səmimi olacaqları qənaətindəyəm”x9d - FOTOLAR

Hazırda oxunan: Rüfət Muradlı: “Verilən vədlərdə səmimi olacaqları qənaətindəyəm”x9d - FOTOLAR

79806
Ümid Partiyasının İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlının İsveçin paytaxtı Stokholmdan verdiyi məlumata görə, mayın 26-dan 30-dək Azərbaycan təmsilçiləri olaraq, İsveç Xarici İşlər Nazirliyində və Rikstagendə (parlament) ayrı-ayrılıqda dörd görüş keçirmişlər. 

“Mayın 26-da İsveç XİN-in Şərqi Avropa Departamentinin rəhbəri, mayın 27-də parlamentin Yaşıllar fraksiyasında, 28-də XİN-in Türkiyə üzrə Departamentində, 29-da isə parlamentdə sosial-demokratlarla görüşdük. Görüşlərdə Azərbaycan ərazisinin işğalı,qaçqınların problemləri, Türkiyə- Ermənistan sərhədinin açılması məsələsi, habelə ermənilərin 20-ci əsrdə Guzey və Güney Azərbaycanda həyata keçirdikləri soyqırımlar haqda ətraflı məlumatlar verib, fikir mübadiləsi apardıq. İsveç dövlətinin təmsilçiləri həqiqətlərin araşdırılması, eləcə də Azərbaycanın problemlərinə obyektiv yanaşılması yönündə yardımçı olacaqlarına dair söz verdilər. Verilən vədlərdə səmimi olacaqları qənaətindəyəm”x9d - deyə Rüfət Muradlı bildirib.

Qeyd edək ki, İsveç Azərbaycan Qarabağ Cəmiyyətinin təşəbbüsü ilə gerçəkləşən 28 May həftəsi çərçivəsində baş tutan bu görüşlərdə Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı, təqdiqatçı-alim Yasəmən Qaraqoyunlu ,əslən Güney Azərbaycandan olan tanınmış siyasi simalar Abdulla Əmir Haşımi Cavanşir, Rza Qaraçay və Ayda Əmir Haşimi iştirak ediblər.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin