Növbəti müsahibimin kimliyi yəqin oxuculara da maraqlı olacaq. Hər həftənin çərşənbə günü Azərbaycan Radiosu efirindən bizlərə "Savalandır" - deyə müraciət edən Savalan Talıblı bu dəfə Axar.az-ın qonağıdır.
- Savalan bəy, müsahibənin maraqlı alınması üçün, qeyri-adi suallara belə cavab verməyə hazırsınızmı?
”“ Məncə, həyatın gözəlliyi elə qeyri-adiliyindədir, amma çətin suallarla üzləşdirməyin məni.
- Özəl kanala dəvət alsanız, əməkdaşlığa razılaşardınızmı?
- Əvvəllər dəvət ediblər, gələn təklifləri qəbul etməmişəm. Amma indi təklif gəlsə, razılaşaram.
- Sizcə, bu gün müasir televiziya məkanında nə çatışmır?
- Televiziya öz qaydasında çalışır. Lakin verilişlərin tamaşaçıları yoxdur. Şou xarakterli verilişlərin tamaşaçıları isə boş-bekar adamlardır. Misal üçün, hamımızın tanıdığı Nəriman dayı qonşumdur. O, səhər evdən çıxır, düz şər qarışanda evə qayıdır, çox zaman verilişdə gedən mövzulara müdaxilə edir. Ekran qarşısında oturan tamaşaçı isə təqdim edilən məsləhətlərin heç birindən bilgi əldə edə bilmir, maariflənmir.
- Maraqlıdır, niyə məhz aşıq yaradıcılığına üz tutdunuz?
- Aşıq yaradıcılığı bizim milli-mənəvi dəyərimiz hesab edilir. Doğulduğum ailədə ustad aşıqları, şairləri tanıdım, yaradıcılıq fəaliyyətimə başladıqdan sonra isə aşıq yaradıcılığının təbliği ilə məşğul oldum.
- Bilirəm ki, atanız Tahir Talıblı radio-televiziya sahəsində tanınır, 20 ildən artıq yayımlanan “Bulaq”x9d verilişinin indiki müəllifidir. İnkişafınızda rolu olubmu?
- Vallah, mənim atam nazir olmayıb, millət vəkili seçilməyib. Sadəcə olaraq, onun kimi jurnalistika sahəsində çalışıram. Bəlkə də atama olan rəğbətdən ixtisasca iqtisadçı olmağıma baxmayaraq, onun yolunu davam etdirməyi qərara aldım. Hazırda atam kimi “sözün ucundan tutub”x9d, halal zəhmətimlə dolanıram.
- Necə düşünürsünüz, o sizdən bir övlad və yaradıcı insan kimi razıdırmı?
- (Gülür) Bilmirəm, onu atamdan soruşun.
- Zəmanəmizdə gənclərin çoxu valideyn hesabına yaşayır. Onlara münasibətiniz necədir?
- İyirmi yaşında bir gənc 60 min manatlıq maşın sürürsə, aydın məsələdir ki, bu onun zəhməti hesabına əldə olunmayıb. Lakin bir həqiqət də var - varlığa nə darlıq?
- Elə bir arzunuz olubmu ki, onun reallaşması mümkün olmayıb və valideyn sizə köməklik göstərib?
- Hər hansı işim alınmadıqda təbii ki, ailəmdən dəstək görmüşəm. İstəklərimə çətinliklə də olsa, nail olmuşam. Ümumiyyətlə, arzu mücərrəd anlamdır. Misal üçün planım var ki, Amerikaya gedim, o plan üçün çalışıram. Arzular isə insanı tənbəlləşdirir, çalışmırsan və möcüzə gözləyə- gözləyə xəyallar qurursan, Amerikaya gedə bilmirsən.
- Savalan bəyin sevgi haqqında fikrini öyrənmək istərdim?
- Sevgi Allah deyil ki, ona inanasan, din deyil qulluq edəsən, kitab deyil oxuyasan, heç qadın da deyil ki, onunla münasibət qurasan. Sevgi bu dünyada olan mücərrəd bir hissdir, nəsnədir. Sevgi olan yerdə mən yoxam, çünki yalnız Allaha sevgi bəsləyirəm.
- Sevgiliniz Bakıya xəyanət etməkdən çəkinmirsiniz ki?
- (Gülür) Yəqin, ”x9dBakı mənim sevgilimdir”x9d adlı yazıma istinadən bu sualı ünvanladınız. Kimə xəyanət etsəm də, Bakıya xəyanət etmərəm. Beş yaşımda taleyimə qaçqınlıq yazıldı. Mavi gözlü sevgilim Bakı əllərinin sığalı və ilk nəvazişi ilə məni ovutdu.
- Sizcə hər hansı bir tənqid insanı dəyişirmi?
- Mirzə Ələkbər Sabir, Mirzə Cəlil qədər cəmiyyəti, zəmanələrinin bulanıq axarını tənqid edən olmadı. Nə dəyişildi? Mənim fikrimə əsasən, tənqid şərti bir anlayış və üslubdur, onun qüvvəsi yoxdur.
- Hansı filmləri izləyirsiniz?
- Köhnə filmlərimi çox bəyənirəm. Ən çox sevdiyim “Pəncərə”x9d filmidir. Bu filmi dəfələrlə izləmişəm.
“Bozbaş pikçersin”x9d təqdimatında Şəmi ilə Şoşu obrazlarına baxanda çox gülürəm. Mən onların qara yumorunun arxasında daha ciddi hadisələrin gizləndiyini anlayıram.
- Bəs yeni çəkilən tarixi filmləri necə, bəyənirsiniz?
- Sonuncu dəfə təntənəli təqdimatla izlənən bir filmdən misal gətirmək istərdim. Həmin filmdə Azərbaycan vətəndaşı rus əsgərini güllələyir. 1990- cı il hadisələrində bizim xalqın rus ordusunun qarşısına çıxmağa silahı yox idi. Biz qatillərin qurbanı olduq. 20 Yanvar hadisələrində yaxın qohumum 31 yaşlı Osman Maşayev şəhid oldu. Osman kimi bütün xalq silahsız idi!
”“ Musiqidə kimləri dinləyirsiniz?
- Əhməd Qaya, Kibariyə, İşin Karacanın ifa etdiyi mahnıları çox sevirəm. Mərhum Azər Bülbülün ifalarını bəyənirəm, amma əvvəlki kimi çox dinlədikdə qəhərlənirəm... olduqca böyük dostluğumuz olub.
































































































