2021-ci il dövlət büdcəsinin icrası II oxunuşda qəbul edildi – YENİLƏNİB 

Hazırda oxunan: 2021-ci il dövlət büdcəsinin icrası II oxunuşda qəbul edildi – YENİLƏNİB 

79658

Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin icrası qəbul edilib. 

Bizim.Media xəbər verir ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. 

*** 11.54

2021-ci ilin dövlət büdcəsinin icrası Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. 

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili tərəfindən təqdim olunur. İclasda hökumət üzvləri şəxslər iştirak edir. 

Layihəyə əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin