İyunun 12-si gecə saatlarında Şəkidə toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, baş vermiş ağır yol qəzası ilə bağlı DİN-in İnstintaq və Təhqiqat Baş İdarəsində cinayət işi açılıb.
MÖVZU İLƏ BAĞLI:
Şəkidə avtomobil ağaca çırpılıb - Ölən və yaralanan var
Qafqazinfo-nun məlumatına görə, hazırda araşdırmalar aparılır.
Xatırladaq ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı. Onlar Balakənin Qullar kəndində yanaşı dəfn ediliblər.
Nişanlısından 3 gün sonra vəfat edən G.Göyüşova AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun əməkdaşı olub. O, həmin institutun 12 saylı şöbəsində mütəxəssis vəzifəsində çalışırmış.
Qeyd edək ki, “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib və iyunun 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Bizim.Media