Axtarışa verilmiş iş adamı Fərid Quliyev artıq bir ildən çoxdur ki, “Computex”x9d mağazalar şəbəkəsinin sahibi deyil.
Moderator.az-ın məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında “Veys El”x9d ASC-nin təsisçisi Oqtay Veysov bildirib.
O.Veysovun sözlərinə görə, Fərid Quliyev 2014-cü ilin aprel ayına qədər bu mağazalar şəbəkəsinin sahibi olub.
“Düz bir ildir ki, “Veys El”x9d ASC “Computex”x9di ticarət markası kimi patentləşdirib və bu ad altında fəaliyyət göstərir. Hal-hazırda bu ad altında iki mağaza işləyir”x9d - deyə O.Veysov bildirib.
Qeyd edək ki, bu günlərdə İnterpolun saytında Azərbaycan hüquq-mühafizə orqanlarının ölkədən qaçan sahibkar Fərid Quliyevi axtarması barədə məlumat yerləşdirilmişdi. Xəbərdə deyilirdi ki, biznesmen vergidən yayınmaqda ittiham olunur































































































