Sığorta bazarı hansı dəyişikliklərə möhtacdır?

Hazırda oxunan: Sığorta bazarı hansı dəyişikliklərə möhtacdır?

79583

“Sığorta bazarında köklü dəyişikliklərə ehtiyac var. Sığorta haqları və sığorta kompensasiyaları eyni vaxtda ya qaldırılmalı, ya da eyni faiz nisbətində olmalıdır”. 

Bunu Bizim.Media-ya açıqlamasında sığorta eksperti İlkin İbrahimov Azərbaycanda sığorta bazarında hansı dəyişikliklərə ehtiyac olduğundan danışarkən deyib:

“Onlardan birini qoyub, digəri barədə qərar versək, proses heç bir effekt verməyəcək. Sığorta kompensasiyasının qaldırılması vətəndaşlara xeyirli olsa da, şirkətlər üçün arzuolunmaz olacaq. Eynilə sığorta haqqının qaldırılıb, kompensasiya səviyyəsinin əvvəlki həmcdə saxlanılması sığorta şirkətləri üçün sərfəli olsa da, vətəndaş üçün məqbul olmayacaq. Ona görə də sığorta haqları ilə sığorta kompensasiyaları eyni faiz nisbətində dəyişdirilməlidir”.

Ekspert bildirir ki, prosesdə təmsil olunan müstəqil ekspertlər Mərkəzi Bankın təsadüfi seçimi əsasında seçilməlidir: 

“Ölkənin aqrar sığorta qanununda müstəqil ekspertlərlə bağlı müddəa yer alıb. Lakin buna baxmayaraq, digər sahələrdə, xüsusən də icbari sığorta sahəsində bu məqam demək olar ki, nəzarətsiz qalıb. Sığorta şirkətləri və nəzarətedicinin özü demək olar ki, müstəqil ekspertlər məsələsini nəzarətsiz buraxıb. Ona görə də bazarda müstəqil ekspertlərlə bağlı müəyyən suallar yaranır.

Ən yaxşı variant Mərkəzi Bankın təsadüfi seçim əsasında müstəqil ekspertləri seçməsidir. İndilikdə isə müstəqil ekspertlər sığorta şirkətilə vətəndaş arasında ortaq razılıq əsasında seçilir. Bu isə həm müəyyən problemlərə gətirir, həm də məsələ ətrafında söz-söhbətlər yaranır. 

Dediyim bu 3 məqam öz həllini tapsa, sığorta sistemində yeni nəfəslik üçün əhəmiyyətli addım olardı”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin