Təcrübəli diplomat Viktor Borşeviç məsələyə aydınlıq gətirib
Bu günlərdə Moldovanın eyni anda geri çağırdığı 10 səfir arasında Azərbaycan səfiri İqor Bodyunun da olmasını təcrübəli moldav diplomatları elçilərinin qeyri-peşəkarlığı ilə əlaqələndiriblər.xa0
anspress-in məlumatına görə, yaxın aylarda daha 15 səfirin də geri çağrılması nəzərdə tutulur. Təcrübəli moldav diplomat, Nyu-York Elmlər Akademiyasının üzvü Viktor Borşeviç Azərbaycanın “haqqin.az”x9d portalının Kişnyov müxbiri Anna Jdanovaya verdiyi müsahibəsində onların qeyri-peşəkarlığı ilə bağlayıb: “Adətən səfirlərin hamısını birdən dəyişmirlər. Başqa istefalar da nəzərdə tutulur. Bütünlükdə, bizim “səfir heyəti”x9dnin işinin effektivliyi xeyli irad doğurur. Bu oğlanlar və qızlar öz yerlərində nə işlə məşğuldurlar?”x9d - deyə Viktor Borşeviç sual verib.xa0
Məqalədə tanınmış moldav ombudsmeni Aureliya Qriqoriunun Azərbaycana səfəri zamanı səfirliyin göstərdiyi laqeydlik də xatırlanıb. Bakı məktəblərindən birində Azərbaycanda çox sevilən Aureliya Qriqoriunun şərəfinə təntənəli görüş təşkil edilibmiş. Qonağın şərəfinə konsert təşkil edilib, azərbaycanlı uşaqlar moldav və Azərbaycan dillərində mahnılar oxuyublar və bunlar Aureliya Qriqoriunun çox xoşuna gəlib. Uşaqlar moldav xalq geyimləri tikərək geyiniblər.xa0


































































































