Cəlilabad rayonunda təhsillə bağlı problemlər aradan qalxmayıb

Hazırda oxunan: Cəlilabad rayonunda təhsillə bağlı problemlər aradan qalxmayıb

79551
 Cəlilabad rayon sakini Yarıyev Ramiz Moderator.az-a növbəti məktub ünvanlayıb:
Çox hörmətli  redaksiya , sizin vasitənizlə  Təhsil Naziri Mikayıl Cabbarova  ünvanladığım açıq məktubdan sonra Cəlilabad rayonuna bir qrup nümayəndə heyəti  göndərilmişdi . Gəldiyi günün yarısından sonra "Tut bağında"  Vidadi Dövlətovun qonaqlığına  təslim olan yoxlamaların obyektivliyinə inanmasaq da , sonda sovqatla yola salınması  şübhələrimizə son qoydu.  Rayonda vəziyyətin ciddiliyini hiss edən Nazirlik , hamımızın hörmət etdiyi Əhliyyət Adıgözəlovu da əraziyə ezam etmişdi. Rayon təhsilinin mövcud durumu haqqında Əhliyyət müəllimlə 1 saatdan artıq davam edən müzakirəmiz  oldu.  Deyilən iradları qəbul edən nazirliyin aparıcı məsləhətçisi  söz verib dedi ki , çox qısa vaxt ərzində  qanunu pozan təhsil işçiləri haqqında tədbir görüləcək. Nazirlik nümayəndəsi söz versə də Təhsil şöbə müdiri  Vidadi Dövlətov  qanunu  pozan adı çəkilən şəxslər haqqında heç bir tədbir görə bilməyəcəyini dedi. 
Əvvəlcə tərəddüdün səbəbini anlamasam da , sonra ictimayyət arasında yayılan şayələrin tam həqiqət olduğuna əmin oldum .Belə ki , rayon ictimayyəti,  təhsil işçiləri və əhali arasında uzun zamandır  gəzən söhbətlərə görə  səriştəsiz və qanunsuz hərəkətlər edən  və heç kimdən çəkinməyən Cəlilabad rayon  Göytəpə 1 saylı və 2 saylı  məktəbin  xanim direktorları  Cəlilabad rayon İcra Hakimiyyətində işləyən hansısa vəzifəli şəxslər tərəfindən himayə olunur.  Yoxsa  nəyə görə Təhsil Şöbə müdiri  Vidadi Dövlətovun hansısa qohumunun adi olub özü olmadığı haqqında şikayət olan kimi neqativ hal aradan qaldirilir, amma  onun tabeliyində olan direktorların bu cur adamlarının  qarşısını  ala bilmir.  Vidadi Dövlətov  bu günə qədər hələ də Göytəpə 1 saylı tam orta məktəbin ilin ən yaxşı  məktəbi kimi aldığı 10 000 manatın  hesabatini istəyə bilməməsi ,  məktəb rəhbərləri tərəfindən keçirilməli olan  Böyük Summativ Qiymətləndirmənin (BSQ) testlərini  özlərinin səriştəsi olmadığından , şagirdlərdən pul yığıb  Bakı şəhərindən  gətizdirərək  onları qiymətləndirməsini bilib  qanunsuzluqlari  edənlərə heçnə edə bilməməsi  , İH-də olan himayəçilərin böyük insanlar  olduğundan  xəbər  verir.  
Qəribəliklərdən biri də , müstqilliyimizin 24 -cü ilində olmağımıza baxmayaraq Cəlilabad rayonunun təhsili hələ də Rus imperiyasının təsiri altında addimlamaqdadir . Belə ki , rayonun bir çox məktəblərində direktorlarin  və müavinlərinin  əksəriyyəti  rus dili müəllimlərindən ya da rus bölməsinin məzularından ibarətdir . Hətta bir çox yerlərdə dərsi dinləyib təhlil etmə iqtidarında olmayan fənn müəllimləri  vəzifələrdədir.  Göytəpə 1 saylı  və 2 saylı tam orta məktəbin  direktorlari da belələrindədir.  
Bu qədər neqativ halları görərək  hesabatlarında heçnə olmamış kimi danışan rayon rəhbərliyinin  nümayəndəlirinin göz yumması da  təhsilimizin düzələcəyinə ümüdimizi  yox etməkdədir.  Hörmətli  Mikayıl Cabbarova  dəfələrlə bu cinayət faktlari barəsində  muraciət edilməsinə baxmayaraq heç bir tədbirin olmadığını əsas gətirərək məndə Hörmətli Baş Prokuror  Zakir Qaralovdan xahiş edirəm ki, Cəlilabad rayon təhsilini əsaslı yoxlamaq üçün göstəriş versin .
Hörmətlə ,  Yarıyev Ramiz Qədir oğlu
 
    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin