“Dönmə işığından istifadə etməyənlər cərimələnməlidir” - Eskpertdən qəzaların azalmasına ÇÖZÜM 

Hazırda oxunan: “Dönmə işığından istifadə etməyənlər cərimələnməlidir” - Eskpertdən qəzaların azalmasına ÇÖZÜM 

79546

Son günlərdə qəza hallarının baş verməsi, hətta ölümlə nəticələnməsi ilə bağlı halların artdığını müşahidə edirik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin verdiyi statistikada bildirilir ki, 2022-ci ilin yanvar-mart aylarında 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 52 nəfər ölüb, 96 nəfər isə yaralanıb. Qəzanın insan ölümünə və digər mənfi hallara səbəb olduğunu nəzərə alsaq, rəqəmlər olduqca ağırdır.  

Əksəriyyət tərəfindən yollarda qəza hadisələrinin azalması üçün müvafiq addımların atılması vacib görülür. Bu hansı addımlar olmalıdır? Sürücülük vəsiqəsinin alınması prosesində dəyişiklik yoxsa yol-hərəkəti qaydalarını pozanlara sərt cəzaların tətbiq olunması?
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın aylarda Çin avtomobilləri ölkəni “işğal edəcək” – Ekspertdən PROQNOZ


Suallarımızı nəqliyyat eksperti Eldəniz Cəfərov cavablayıb. Onun sözlərinə görə, qəzalarla nəticələn yol hərəkəti birbaşa məsuliyyətsiz sürücülərlə əlaqəlidir:

“Bu gün Azərbaycanda qəzaların baş verməsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına və özünü sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyatına laqeyd yanaşmasından ibarətdir.

Qəzaların səbəbini araşdırdıqda məlum olur ki, məsuliyyətsiz və təcrübəsiz sürücülərin başlıca rolu burada böyükdür.

Həmçinin yollarda müəyyən infrastrukturların qənaətbəxş olmaması da sözügedən səbəblərə daxildir. May ayında apardığım müşahidələrimə görə, dönmə işıqlarından istifadə sürücülər tərəfindən minimuma endirilib. Çox maraqlıdır ki, təhlükəsizlik kəmərini taxmamağa görə, sürücülər 40 manat cərimə edilir. Amma nə zolağı dəyişən, nə də dönmə işığını yandırmayanlar cərimə edilir”.

Ekspertin sözlərinə görə, problemin həll yolu qaydaları pozan sürücülərə qarşı görülən cəza tədbirlərinin ağırlaşdırılmasıdır:

“Sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahan prosesi sonuncu mərhələdir. Bilirsiniz ki, imtahana qədər mütləq şərtdir ki, avtomobil, yol hərəkətinin qaydalarına uyğun olaraq bir kurs və ya məktəbə gedilsin.

Bu prosesdə nəzəri biliklər əldə olunur, lakin praktik bilgilər də gərəkdir. Hazırda yol nişanlarını və bu tipli məlumatları bilmək sürücülər üçün yetərli deyil. Avtomobili sürmək, parklamaq qabiliyyəti olmalıdır.
Problemin həlli yolunda ilkin olaraq məsuliyyətsiz sürücülərə qarşı kəskin tədbirlər görülməlidir. Dönmə işığından istifadə etməyən sürücülər yerindəcə cərimələnməlidir.

Bu cərimə birbaşa Dövlət Yol Polisi əməkdaşları tərəfindən kəskin şəkildə aparılmalıdır. Yalnız yollara asfalt örtüyü döşəməklə işlər yekunlaşmır. Həmçinin yol infrastrukturunun müasir standartlara cavab verən hala salınması da önəmlidir”, - deyə E.Cəfərov qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin