Marketlərə ət Hindistandan GƏTİRİLİR – ŞOK İDDİA 

Hazırda oxunan: Marketlərə ət Hindistandan GƏTİRİLİR – ŞOK İDDİA 

79514

Bədənimizin əsas zülal mənbəyi olan mal ətinin keyfiyyət məsələsi uzun müddətdir ki, gündəmdə olan mövzulardandır. Qəssabların satdığı  ətin marketdəkinə nisbətən daha ucuz olmasına baxmayaraq, bəzi insanlar yenə də marketdə satılan ətlərə üstünlük verirlər.

Səbəb isə marketdə satılan ətlərin səliqəli paketlənməsi və üzərində aidiyyəti qurumun nəzarətinin olmasıdır. Hər halda ekspertlər bunu iddia edir ki, marketə daxil olan ətlərin hamısı Qida Təhlükəsizliyi Agentliyinin xüsusi yoxlanışından keçir. 

Maraqlıdır, ətləri marketdən, yoxsa ət kəsimi məntəqələrindən almalıyıq?  
 

MÖVZU İLƏ BAĞLI:

Marketlərə ət haradan GƏTİRİLİR? – Yararsız ətə görə 5000 manat CƏRİMƏ 


Kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı Bizim.Media-ya açıqlamasında marketlərdə satılan ətlərin çoxunun mənşəyi bilinməyən, əksər hallarda  isə Hindistandan ucuz qiymətə alınıb marketlərdə baha qiymətə satılan ətlər olduğunu iddia edib.

Ekspert market və ət kəsimi məntəqələrində satılan ətləri xüsusiyyətlərinə görə fərqləndirib:

“Qəssabxanalarda satılan ət marketdəkindən daha təzə olur. Marketlər daha keyfiyyətli ət satdıqlarını qeyd etsələr də, alıcılara heç bir keyfiyyət sertifikatı təqdim etmirlər Qəssabxanalarda isə bir növ kəsiləcək heyvan öncədən nümayiş olunur.

Bundan əlavə ət kəsimi məntəqələrindən alınan ət daha tez bişir. Marketdən alınan ətlər isə əksinədir. Təzə ətdə müəyyən qədər bakteriyalar olur ki, onların bəziləri ət kəsiləndən 4-5 saaat sonra məhv olur. Marketdəki ətin isə nə zaman və harada kəsildiyi, nə qədər saxlanıldığı məlum deyil”.

Leyla Şah,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin