Kriminal savaşın Azərbaycan mərhələsi - “Tank Sabir”x9d, yoxsa “Bülbülə Tahir”x9d”¦

Hazırda oxunan:  Kriminal savaşın Azərbaycan mərhələsi - “Tank Sabir”x9d, yoxsa “Bülbülə Tahir”x9d”¦

79475

Azərbaycandakı kriminogen durumun hüquq - mühafizə orqanlarının tam  nəzarətində olması faktdır. 

Məhz bu səbəbdəndir ki, əslən azərbaycanlı olan "oğru"lar ölkə hüdudlarından kənarda fəaliyyət göstərməyə üstünlük verirlər. Ancaq onların qürbəti seçmələri heç də əllərini Vətəndən üzmələri anlamına gəlməməlidir. Çünki Azərbaycanın "oğru" dünyasında külli miqdarda "qara" pul dövriyyəsinin olması "oğrular"ı bura həssas yanaşmağa, öz mövqelərini daha da möhkəmləndirməyə vadar edir. Məlum olduğu kimi, hazırda Azərbaycanın kriminal aləminə nəzarət uğrunda açıq savaş "oğru" aləmdə böyük nüfuza malik  iki şəxs arasında  gedir. Bunlar - "Quli" ləqəbli Nadir Səlifovla, "Lənkəranski" kimi tanınan Rövşən Canıyevdir.




 Kriminal aləmə yaxın olan mənbənin verdiyi məlumata görə, hazırda “Quli”x9d  “Rövşən 
Lənkəranski”x9dyə aidiyyəti olan bir neçə mövqeni ələ keçirməyi bacarıb: “ Qulinin xeyir-duası ilə artıq Azərbaycanın “polojeniya”x9dsına “Tank Sabir”x9d  adlı kriminal avtoritet baxır. Azadlığa yenicə buraxılan Sabir silsilə adam oğurluğuna görə uzun müddət həbsdə olub. Son həbsində rastlaşdığı hadisə  onu qatı anti- “Lənkaranski”x9d olmağa vadar edib. Sabir həbsinin böyük hissəsinin keçdiyi 11 saylı “zon”x9dun “polajeniyasına”x9d baxıb. Həmin dövr ərzində onun etdiyi haqsızlıqlardan bəzi “oğru”x9dlar, o cümlədən “Lənkəranski”x9d bərk narazı olub. Rövşən Canıyev son həbsi zamanı Sabirlə “razborka”x9d etməyə nail ola bilib. “Kürdəxanı”x9d türməsində saxlanılan “Lənkəranskı”x9d “Tank Sabiri”x9d söhbətə çağırıb. Həmin vaxt Qobustanda “krıtı”x9d çəkən Sabir   çağırışa getməyə bilməzdi. O, bilərəkdən özünün əlində qadağan edilən telefonu tutdurur. Sabir bunu “Lənkəranski”x9d ilə görüşmək üçün edir ki, ona yeni cinayət işi açılsın və istintaq üçün “Kürdəxanı”x9d türməsinə göndərilsin. “Lənkəranski”x9d Sabiri özünün oturduğu 4 saylı kameraya gətizdirir. Sabirdən edilən “sprosun”x9d bədəli ağır olur. “Oğru”x9d və onun ətrafı Sabiri  gecədən səhərə kimi döyürlər. Sonra da “Tank Sabir”x9d barəsində pis “praqon”x9d buraxılır”x9d.

Mənbəmizin dediyinə görə, əslən Xızı rayonundan olan və hazırda Yasamalda yaşayan  “Tank Sabir”x9d çox sərt və dözümlü adam kimi xarakterizə olunur: “Şübhəsiz ki, “Quli”x9d bu şansı buraxmazdı. O, “düşmənimin düşməni  mənim dostumdur “ devizilə hərəkət edərək, Sabiri öz tərəfinə çəkməyi bacarıb. Qeyd edim ki, Sabirin  “oğru”x9d olan  “Yasamal Yunus”x9dla yaxın qohum olması “Quli”x9dnin işinə bərk yarayır”x9d.

Mənbəmiz “Quli”x9d nin kriminala meyilliliyin çox olduğu Bakı kəndlərində də vəziyyəti öz xeyrinə dəyişə bildiyini söyləyir. Onun sözlərinə görə, bu irəliləyiş “Bülbülə Tahir”x9d kimi avtoritetin neytrallaşdırılmasından sonra nəzərə çarpır: “Kriminal aləmdə “Bülbülə Tahir”x9d kimi tanınan şəxs nəinki Azərbaycanda, eləcə də, keçmiş SSRİ məkanında böyük nüfuza malikdir. Hətta Rusiyanın ən iri şəhərlərində olan obyektlərdən ona xərrac ödənilir. Uzun sürən həbsdən yenicə azad edilən Tahir “oğrular”x9d arasındakı konfliktə qarışmamaqla maksimum dərəcədə neytrallığını qorumağa çalışıb. Bu da “Quli”x9dyə sərf etməyib. Çünki, onu yalnız beyət qane edə bilərdi. Buna nail olmaq üçün “Quli”x9d Sabunçuya təyin etdiyi Natiq adlı “polojeneçi”x9d Tahirin üstünə göndərir. Bakı kəndlərinin birində olan toyda tərəflər arasında yaranan insidentdən Tahir ətrafındakı adamların köməyilə güclə canını qurtara bilir və dərhal Türkiyəyə qaçır.  Hazırda “Bülbülə Tahirin”x9d Türkiyədə yaşadığı bildirilir. “Rövşən Lənkəranski”x9dnin  klanının Türkiyədə yaxşı məskunlaşa bilməsini, həmçinin əksər “razborka”x9dlarının orda aparmasını nəzərə alsaq, onda Tahirin həmin klanla anlaşdığı şübhə doğurmur”x9d.

Yaxın vaxtlarda “Lənkəranski”x9dnin Tahirə Azərbaycanın “vəziyyətini”x9d tapşıracağı proqnozlaşdırılır:

 “ Tahirlə Sabirin konfliktinin olması “Lənkəranski”x9dyə lap sərf edir.  Çünki 11 saylı “zon”x9dda  yaşanan bir hadisə hələ də çözülməmiş qalır. Həmin vaxt “zona”x9d göndərilən Tahir “Tank Sabir”x9d tərəfindən yaxşı qarşılanmayıb. İddialara görə, “iki qoçun başı bir qazanda qaynamaz”x9d prinsipini əsas tutan Sabir o vaxtkı rəis Məmmədəli Zeynalovun köməkliyilə Tahiri “zon”x9ddan başqa yerə göndərtdirib”x9d.

Kriminal ünsürlərin öz sahələrində Azərbaycana nəzarət etmək uğrunda apardığı mübarizədə hansınınsa qalib gəlməsinin nə xalqımız, nə də Vətənimiz üçün heç bir xeyiri yoxdur.(strateq.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin