Prokurorluq dünən Şabranda baş verən qətllə bağlı məlumat yayıb.
Şabran rayon prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, iyun 15-i saat 23 radələrində 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bizim.Media

- A-
 - A
 - A+
 
Cəmiyyət
							09:40 / 16.06.2022
							
						25 yaşlı gəncin qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA
						
							
								Hazırda oxunan: 25 yaşlı gəncin qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: 25 yaşlı gəncin qətli ilə bağlı prokurorluqdan AÇIQLAMA							
						79466
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































