Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin dələduzluq və oğurluq əməllərini törədən şəxslərə qarşı son 15 gün ərzində silsilə əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, qeyd edilən dövrdə şöbə əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 17 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində polis şöbəsində araşdırmalar başlanıb.
Saxlanılan şəxslərdən ümumilikdə 5 kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Həmçinin, keçirilən əməliyyatlar zamanı şəhər ərazisində oğurluq edən, vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq əməlini törədən, eləcə də qanunsuz olaraq odlu silah saxlayan 3 nəfər şəxs də saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Ümumilikdə 15 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan 20 nəfər şəxsdən 16-sı barəsində şəhər məhkəməsi tərəfindən həbs, 4-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edilən faktların hər biri ilə bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:30 / 16.06.2022
Şirvanda əməliyyat: 17 narkotik alverçisi tutuldu
Hazırda oxunan: Şirvanda əməliyyat: 17 narkotik alverçisi tutuldu
Hazırda oxunan: Şirvanda əməliyyat: 17 narkotik alverçisi tutuldu
79449
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.