Politoloq Əli Hacızadə Şuşada olub, bəzi maraqlı görüşlər keçirib.
Bizim.Media xəbər verir ki, bu onun 27 il erməni tapdağı altında olan Şuşaya ilk səfəridir.
MÖVZU İLƏ BAĞLI:
“Türk ordusu Qarabağda olsaydı, döyüşlər İrəvanda gedərdi” – POLİTOLOQ
Səfəri zamanı Ə.Hacızadə məşhur Şuşa qalasını, Yuxarı Gövhər Ağa məscidini və şəhərin digər gözəl güşələrini ziyarət edib.
O, səfəri zamanı çəkilən maraqlı görüntülərini “Facebook” səhifəsində izləyiciləri ilə də bölüşüb.
Bundan başqa politoloq digər azad olunan Azərbaycan ərazilərinə də səfər edib.
Əli Hacızadə izləyicilərinə Bakıya qayıtdıqdan sonra daha maraqlı foto və videoları təqdim edəcəyinə söz verib.
Onun Şuşa səfəri zamanı çəkilən görüntülərinin bəzilərini təqdim edirik:
Vüsalə Balayeva, Bizim.Media