Bu işlər dövlət sifarişi kimi təsdiq olunacaq

Hazırda oxunan: Bu işlər dövlət sifarişi kimi təsdiq olunacaq

7940

Azərbaycanda dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən nərə balıq növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunması, laboratoriyaların fəaliyyətinin təmin edilməsi, geoloji-kəşfiyyat, xəritəçəkmə, şəhərsalma və ərazilərin minalardan təmizlənməsi işləri dövlət sifarişi kimi təsdiq olunacaq.

Bizim.Media-nın məlumatına görə, bu barədə “2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” ölkə Prezidentinin 2020-ci il 30 dekabr tarixli fərmanının icrasının təmin edilməsi haqqında Nazirlər Kabinetinin sərəncamında qeyd olunub.

Sərəncama əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik büdcə vəsaiti hesabına maliyyələşən nərə balıq növünün süni artırılması, təbii populyasiyasının bərpası və qorunması, laboratoriyaların fəaliyyətinin təmin edilməsi, geoloji-kəşfiyyat, xəritəçəkmə, şəhərsalma və ərazilərin minalardan təmizlənməsi işlərinin dövlət sifarişi kimi təsdiq olunması üçün Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin