Ukrayna mətbuatına açıqlama verən Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov bildirib ki, “Hazırda Donetsk və Luqansk vilayətlərində, Minsk razılaşmasına uyğun olaraq atəşkəs rejimi mövcud olsa da, genişmiqyaslı hərbi əməliyyatların yenidən bərba edilməsi ehtimali çox böyükdür. Biz Donbassda müharibənin əlehinəyik. Mövcud konflikt yalnız danışıqlar yolu ilə həll edilməlidir. İndiki zamnda hərbi əməliyyatların bərpa edilməsi yolverilməzdir. Ukraynada ictimai rəyi müharibə əlehinə kökləməyin zamanı çaıb.
Qeyd edək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) 2012-ci ildə yaradılıb. Hal hazırda üzvlərinin sayına görə və təşkilatlanma səviyyəısinə görə Ukraynada rəsmi qeydiyyatda keçmiş ən böyük türk-müsəlman təşikilatıdır. UQTMŞ-nın 198 Rayon Komitəsi, 135 Şəhər Komitəsi və rəsmi qeydiyyata alınmış 18 Vilayət Təşkilatı fəaliyyət göstərir.
































































































