Bu gün "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun 43 yaşı tamam olur. Belə ki, 2019-cu ilin yanvarından etibarən dövlət televiziyasına rəhbərlik edən R. Məmmədovun ad gününü tələbələri də yaddan çıxarmayıblar.
Özü də bir neçə gün əvvəldən bütün tələbələri “işığına yığışdıqları” müəllimlərinin ad gününü təbrik etmək üçün səfərbər olublar. Bir-birindən rəngarəng təbriklərə təkcə “AZ TV” çalışanları yox, digər KİV-də və qurumlarda fəaliyyət göstərən tələbələri də qoşulublar.
Onlarla təbriki isə ancaq çox qısa, cəmi 8 dəqiqəyə yaxın olan videoçarxa sığdırmaq mümkün olub.
Videoçarxı seyr etdikdən sonra Rövşən müəllimin tərcümeyi-halına da qısaca nəzər saldıq. Tələbələrinin təbirincə desək, müəllimin həyat dərsi keçdiyi 4 universitet olub ki, bunun sayəsində “əksər jurnalistlərə müəllim” olmağa, onların yoluna işıq saçmağa müəssər olub - 43 illik ömür yolunda... Görəsən, bütün tələbələri müəllimlərin doğum gününə xüsusi həssaslıqla yanaşasa idilər, videoçarxı izləmək üçün bizim ömür müddətimiz bəs edərdimi?
Məsələyə bir qədər fərqli prizmadan baxmağa da, zənnimcə, ehtiyac var. Ölkəmizdə müəllim kimi fəaliyyət göstərən tək şəxs Rövşən Məmmədovdur?
Daha da konrektləşdirsək, Rövşən müəllimdən başqa pedaqoq olub, yüksək vəzifə tutmuş şəxs yoxdurmu?
Ya da ümumiyyətlə pedoqoji fəaliyyətlə məşğul olmadan belə, onlarla kadrların yetişdirilməsində əməyi olan nə əcəb bir nəfər də olsun vəzifəli şəxs tapılmadı?
Hər üç sualın cavabı hamımıza bəllidir.
Elə isə keçək növbəti suala...
Niyə, digər təcrübəli pedaqoqların, yüksək vəzifəli məmurların və ya hər iki məziyyətə eyni anda sahib olan şəxslərin heç birinin doğum gününə bu cür videoçarxlar hazırlanmır?
Ən azından ölkəmizdə 17 nazir fəaliyyət göstərir. Onların da bir çoxu uzun illərdir ki, müxtəlif yüksək vəzifələrdə çalışıblar. Yetişdirdikləri kadrların sayı isə “N” qədərdir. Lakin nə zamansa onların doğum gününə işçiləri yaxud tələbələri tərəfindən bu cür təbrik videoçarxlarının hazırlandığını nə görüb, nə də eşitməmişik. Bir müəllim üçün tələbələrinin sevgisindən daha böyük hədiyyə ola bilərmi?
Bizə də bu cür videoçarxı izlədikdən sonra dəyərli müəllimizi təbrik etmək düşər...
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:11 / 15.06.2022
AzTV sədrinə TƏBRİKLƏR: “İşığınıza yığışmışıq...” – VİDEO
Hazırda oxunan: AzTV sədrinə TƏBRİKLƏR: “İşığınıza yığışmışıq...” – VİDEO
Hazırda oxunan: AzTV sədrinə TƏBRİKLƏR: “İşığınıza yığışmışıq...” – VİDEO
79373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.