Nazir Almaniya kanalına danışdı - VİDEO

Hazırda oxunan: Nazir Almaniya kanalına danışdı - VİDEO

79348
Almaniyanın məhşur “tv.berlin”x9d kanalı Azərbaycan haqda reportaj hazırlayıb.
 
Moderator.az xəbər verir ki, reportajda ölkəmizdə keçiriləcək İlk Avropa Oyunları, Bakı şəhərinin müasir və tarixi yerləri, İçərişəhər, Şirvanşahlar sarayı, palçıq vulkanları, Göygöl rayonundakı alman yaşayış məskənləri haqda məlumat verilib.
 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev reportajda Azərbaycanda turist axının artması istiqamətində çox iş görüldüyünü və turistlərin sayının hər il daha da çoxaldığını bildirib. Eyni zamanda İlk Avropa Oyunları, Mədəniyyətlərarası Dialoq Forumu, bölgələrdə keçirilən beynəlxalq musiqi festivallarının əhəmiyyətini qeyd edən nazir əlavə edib ki, bu kimi tədbirlər adət-ənənələrimiz, mədəniyyətimiz və təbiətimizlə yaxından tanış olmaq imkanı yaradır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin