“Dəvəquşu kimi başını torpağa soxmaqla deyil ki”x9d

Hazırda oxunan: “Dəvəquşu kimi başını torpağa soxmaqla deyil ki”x9d

79323

Xəbər verdiyimiz kimi İbrahim Nehrəmlinin qardaşı Natiq İbrahim qazaxlı iş adamı Elşad Məmmədovu ölümlə təhdid edib.  Moderator.az-ın verdiyi xəbərə görə, Natiq İbrahim məsələ ilə bağlı aznews.az-saytına açıqlama verərək  Elşad Məmmədovun yalan danışdığını iddia edib və qazaxlı iş adamını xəstə adlandırıb. Onun videosuna baxanda əti töküldüyünü deyib.
Moderator.az-a açıqlama verən qazaxlı iş adamının sözlərinə görə, onun facebook profilinə təhdid mesajlarını yazan şəxs elə Natiq İbrahimin özü olub:
Natiq İbrahim də qardaşı kimi şərə-böhtana qaçır. Yazışmaları, söyüşləri, təhqirləri haqda şəkillər mətbuatda yayımlanıb. Yalanda danmaqla deyil ki...
Dəvəquşu kimi başını torpağa soxa bilərsən, amma sənin kim olduğunu hamı görür. Qardaşın da bir vaxtlar mənə yalançı, fırıldaqçı deyirdi. İndi sübut olundu ki, fırıldaqçı da kimdir yalançı da. Ət tökmək məsələsinə gəlincə, sənin qardaşının 1 milyonluq maşının önündə qara corab, ağ vetnamka ilə şəklini görən bütün camaatın əti tökülüb.  Sosial şəbəkələrə bax, gör insanlar kim haqda nələr danışır.”x9d
Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin