Siyəzəndə dəhşətli qəza: 2 qadın öldü, 5 yaralı var - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Siyəzəndə dəhşətli qəza: 2 qadın öldü, 5 yaralı var - YENİLƏNİB/FOTO

79280

Siyəzəndə baş vermiş ağır yol-nəqliyyat hadisəsində yaralanan Əfsanə Tağıyeva paytaxtdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

Quba sakini Əminə Əliyeva isə ailəsinin istəyi ilə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Siyəzən sakinləri olan Fərqanə Abbasova və 8 yaşlı qızı Əsma Abbasova xəsarətləri yüngül olduğundan evə buraxılıblar.

***

Siyəzəndə baş verən qəzada yaralananların sayı 5-ə çatıb.

Siyəzən Müalicə-Dioqnostika Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, "Meredes ML" markalı avtomobilin sürücüsü olan Siyəzən sakini, 21 yaşlı Azər Ələbbas oğlu Ağayev də müxtəlif xəsarətlərlə tibb müəssisəsinə çatdırılıb. Hazırda ona lazımi tibbi yardım edilir.

Mərkəzdə olan yaralılardan ikisinin isə yaxın saatda Bakıdakı xəstəxanalarından birinə təxliyə ediləcəyi deyilir.

***

Qəza zamanı ölən şəxslərin şəxsiyyəti dəqiqləşib.

Bizim.Media-nın Siyəzən Müalicə-Dioqnostika Məfkəzindən əldə etdiyi məlumata görə, onlardan biri Sumqayıt şəhər sakini, 34 yaşlı Xalidə Xalid qızı Xəlilzadədir. O, hadisə yerində keçinib.

Digər ölən qadın isə Quba rayon sakini, 19 yaşlı Gülbəniz İlham qızı Qacıyevadır. O, xəstəxanada qapalı kəllə-beyin travmasından olüb.

Hazırda mərkəzdə 4 nəfərə ilk tibbi yardım edilir.

Bunlar Siyəzən sakini, 35 yaşlı Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 37 yaşlı Siyəzən sakini Əfsanə Mövlidxan qızı Tağıyeva, 8 yaşlı Əsma Firudin qızı Abbasova və 18 yaşlı Quba sakini Əminə Rövşən qızı Əliyevadır.
***

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Bakı-Quba yolunun 78-ci km-də, - Siyəzən rayonu ərazisində "Nissan Mikra" markalı avtomobillə "Mercedes ML" toqquşub.

Qəza zamanı bir nəfər hadisə yerində, digəri isə Siyəzən Müalicə Dioqnostika Mərkəzində vəfat edib. 

Qeyd edək ki, sözügedən xəstəxanaya 5 yaralı gətirilib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin