Məleykə Abbaszadə narazılarla görüşdü – Yeni imtahan qərarı... 

Hazırda oxunan: Məleykə Abbaszadə narazılarla görüşdü – Yeni imtahan qərarı... 

79195

13 iyun 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində dünən keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları ilə əlaqədar DİM-ə müraciət edən 23 nəfər şəxslə görüş keçirilib. Görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və müvafiq departament rəhbərləri iştirak ediblər. 

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, müzakirələr, əsasən, imtahanın mürəkkəblik dərəcəsi ətrafında olub.

Namizədlər imtahanda onlara güzəşt edilməsi və keçid balının aşağı salınması xahişini ediblər. İştirakçıların nəzərinə çatdırırıq ki, 12 iyunda keçirilən imtahanın sualları gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək. 

Dünən keçirilən imtahanda istifadə olunan dinləmə mətnlərinin səsləndirmə qurğusundakı ardıcıllığı ilə bağlı yaranan uyğunsuzluqla əlaqədar müraciət edənlərə isə imtahanın yenidən keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Görüşdə olanlardan 2 nəfər təklifə müsbət reaksiya verib və yenidən imtahanda iştirak etmək üçün ərizə təqdim edib. 

Beləliklə, səsləndirmədə olan uyğunsuzluğa görə narahatlıq keçirən və buna görə də bütün imtahan suallarının cavablandırılmasında çətinlik çəkdiklərini iddia edən iştirakçıların müraciəti əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən onların bu imtahandakı bütün nəticələri ləğv edilərək yenidən imtahan təşkil olunması qərara alınıb.  
Bütün bloklar və ya yalnız dinləmə bloku üzrə yenidən imtahanda iştirak etmək istəyənlər 16 iyun saat 17:00-dək (15 İyun Milli Qurtuluş Günü istisna olmaqla) Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299) ərizə ilə müraciət edə və ya şəxsiyyət vəsiqəsinin və imzalanmış ərizənin skan edilmiş surətini [email protected] poçtuna Mövzu bölməsində “Doktorantura – yeni imtahan” yazıb yollaya bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin