Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Həmin əməliyyatla ölkə ərazisinə gizli yolla gətirilmiş 2 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə, həblər və psixotrop maddə dövriyyədən çıxarılıb.
Bizim.Media-nın cənub bürosunun verdiyi məlumata əsasən Biləsuvar polisinin daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri Ramin Fəttayev, Vahid Ağayev və Əli Bayramov sonuncunun idarə etdiyi avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar.
Şəxsi axtarış zamanı Əli Bayramovun üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin şəxslər Biləsuvar rayonuna xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri və ölkə ərazisinə gizli yolla gətirilmiş narkotik vasitə və psixotrop maddəni götürmək üçün gəliblər. Satışını təşkil etmək üçün onlara göndərilmiş ayrı-ayrı bükümlərdə 821 qram tiryək, 684 qram heroin, 810 qram metamfetamin və 40 ədəd narkotik tərkibli metadon həbi gizlədildiyi yerdən aşkarlanaraq götürülüb.
Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, təkcə cari ilin ötən dövrü ərzində Biləsuvar polisi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 85 fakt aşkarlanıb, qanunsuz dövriyyədən 73 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 14.06.2022
Narkotik əldə etmək üçün bu rayona gələn paytaxt sakinləri tutuldu – FOTO
Hazırda oxunan: Narkotik əldə etmək üçün bu rayona gələn paytaxt sakinləri tutuldu – FOTO
Hazırda oxunan: Narkotik əldə etmək üçün bu rayona gələn paytaxt sakinləri tutuldu – FOTO
79185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.