“Bu tədris ili pandemiyadan sonra başlayan ilk tədris ilidir. Qeyd edim ki, tədris ili gec başlayıb. Məncə, bu doğru qərar idi. Bu təhsil sisteminin davamlılığını təmin etmək ən böyük uğur ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.
O deyib ki, təhsil naziri olaraq, əsasən, müəllimlərə minnətdarlığını bildirir:
“Yeni tədris ilində məktəblərdə testlərin elektron vəziyyətdə keçirilməsini çox istərdik. Peşə təhsil formasının da inkişaf etməsi üçün çalışırıq. Həmçinin, məktəblərdə olan formalara gəldikdə isə bu, tənzimləyici qaydadır. Hər bir məktəb bunu nəzərdə tutulmuş formalara əsasən müəyyən edir. Bu forma istiqamətində addım-addım irəliləyirik. Məqsədimiz şagirdlərin vahid forma altında birləşməsidir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:08 / 14.06.2022
Nazir testlərin elektron keçirilməsindən DANIŞDI: “Çox istərdik…”
Hazırda oxunan: Nazir testlərin elektron keçirilməsindən DANIŞDI: “Çox istərdik…”
Hazırda oxunan: Nazir testlərin elektron keçirilməsindən DANIŞDI: “Çox istərdik…”
79157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.