Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti cərimələndi

Hazırda oxunan: Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti cərimələndi

79146

Baş Prokurorluğunun “Çağrı Mərkəzi”nə paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində “Sizin Yurd” MMC tərəfindən ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatla bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, araşdırmalarla qeyd edilən MMC tərəfindən tikinti aparılarkən iri diametrli ağacların qanunsuz kəsilməsi müəyyən edildiyindən, hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci ( yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən ağacın qanunsuz kəsilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti rayon məhkəməsinə göndərilib.

Eyni zamanda, cəmiyyətin direktoru Xəlil Əsgərov barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraat da aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.

Nəticədə - hüquqi şəxs “Sizin Yurd” MMC 35 min manat, MMC-nin direktoru Xəlil Əsgərov isə 5 min manat məbləğində inzibati cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin