Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində Ekoloji Park Kompleksi salınacaq.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, fərqli dizaynı ilə seçilən kompleksdə sakinlərin rahatçılığı üçün bütün şərait yaradılacaq.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsinə baş çəkərək burada yaradılacaq Ekoloji Park Kompleksinin hazırlıq işləri ilə yaxından tanış olub.
Şəhər rəhbərinə məlumat verilib ki, Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edəcək. Burada müxtəlif növ gül-çiçək, eləcə də ağac tingləri yetişdiriləcək, əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektlərinin və s. yerləşdirilməsi planlaşdırılır.
Bununla yanaşı, kompleksdə müxtəlif növ balıqlar üçün akvariumun da olacağı qeyd olunub.
Niyazi Bayramov Ekoloji Park Kompleksinin inşası üçün nəzərdə tutulan əraziyə baxış keçirib və müavafiq tapşırıqlar verib.
Qeyd edək ki, Gəncə şəhərində ümumilikdə 14 park və istirahət güşəsi var. Həmin məkanların yaşıllıqlarla təmin edilməsi üçün Gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağac yetişdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:17 / 14.06.2022
Gəncədə Ekoloji Park Kompleksi yaradıldı - FOTO
Hazırda oxunan: Gəncədə Ekoloji Park Kompleksi yaradıldı - FOTO
Hazırda oxunan: Gəncədə Ekoloji Park Kompleksi yaradıldı - FOTO
79113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.