Goranboy rayonunda sabah baş tutacaq "Son zəng"ə hazırlaşan məzunu it dişləyərək yaralayıb.
Bizim.Media-nınməlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində yerləşən məktəbin həyətində baş verib.
Məktəbin 11-ci sinif şagirdi Hüseynov Murad Gündüz oğlu təhsil ocağının həyətində gəzən zaman sahibsiz itlərdən birinin hücumuna məruz qalıb.
Xəstəxanaya aparılan şagirdə zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
Zərəçəkənin atası Gündüz Hüseynovun dediyinə görə, övladının başına gələn təkcə son 10 gündə qeydə alınan 4 cü hadisədir. Qonşu kəndlərdə yerləşən məktəb və bağçalar sahibsiz itlərin məskəninə çevrilib.
"Ötən gün uşağını məktəbə gətirən bir qadın da itlərin hücumunə məruz qalıb", - deyə Gündüz Hüseynov vurğulayıb. Məsələ ilə bağlı Goranvoy Rayon İcra Hakimiyyətinin Qızılhacılı qəsəbəsi üzrə ərazi icra nümayəndəsi və qəsəbənin bələdiyyə sədri ilə əlaqə saxlasaq da, insanların narahatlığına rahatlıq gətirəcək bir açıqlama ala bilmədik.
Adı çəkilən rəsmi qurum təmsilçiləri cavabdehliyi biri-birinin üzərinə ataraq cavab verməkdən yayındılar.
Ehtram Muradov, Bizim.Media - Mərkəzi Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:38 / 13.06.2022
Goranboyda "Son zəng"ə hazırlaşan məzunu İT DİŞLƏDİ - FOTO
Hazırda oxunan: Goranboyda "Son zəng"ə hazırlaşan məzunu İT DİŞLƏDİ - FOTO
Hazırda oxunan: Goranboyda "Son zəng"ə hazırlaşan məzunu İT DİŞLƏDİ - FOTO
79086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.