Bakı daha bir sammitə ev sahibliyi edəcək

Hazırda oxunan: Bakı daha bir sammitə ev sahibliyi edəcək

79076

Bakıda Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin sammiti keçiriləcək.  

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov məlumat verib.  

XİN rəsmisi qeyd edib ki, dünyanın gənc nəslinin böyük əksəriyyəti Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə yaşayır..  

Nazir müavini bu gəncliyin müxtəlif çətinliklərlə üzləşdiyini və COVİD 19 pandemiyası ilə vəziyyətin daha da mürəkkəbləşdiyini xatırladıb. O bu dönəmdə QH-nin rolunu vurğulayıb, o qeyd edib ki, təşkilata bu ölkələrə dəstək verməyə çalışıb.  

Elnur Məmmədov əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi bu təşkilatın gənclik qolunu yaradıb və bu, qlobal səviyyədə gənclər arasında şəbəkənin yaranmasına imkan verir.  
"İyulda Hərəkatın Gənclik Təşkilatının konfransı baş tutacaq. Bu sammitə BMT baş katibi də videomüraciətlə çıxış edəcək."

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin