“Azərlotereya” ASC "MMF 2022"nin baş sponsoru oldu - FOTO

Hazırda oxunan: “Azərlotereya” ASC "MMF 2022"nin baş sponsoru oldu - FOTO

79074

Azərbaycanın rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru olan “Azərlotereya” ASC növbəti ölkə əhəmiyyətli tədbirdə uğurla təmsil edilib.  

Bizim.Media xəbər verir ki, şirkət bu dəfə Azərbaycanda marketinq sahəsinin inkişafına dəstək məqsədilə təşkil edilən “Milli Marketinq Forumu”na baş sponsor kimi qatılaraq layihəyə dəstək göstərib.

Forumda çıxış edən "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zəfər Rəisoğlu şirkətin beynəlxalq təcrübəyə əsaslanan fəaliyyət sferasından bəhs edib.

Bildirib ki, "Azərlotereya" ASC hər zaman insan kapitalının inkişafına yönələn layihələrin həyata keçirilməsində yaxından iştirak edir və bu baxımdan Milli Marketing Forumu önəmli tədbirlər sırasındadır.
Forumda fikir mübadiləsi zamanı vurğulanıb ki, hər zaman müasir trendlərlə ayaqlaşan “Azərlotereya" ASC şans oyunları həvəskarlarına əyləncəli və xoş zaman qazandırmaqla yanaşı Azərbaycan iqtisadiyyatına böyük töhfə verir.

Qeyd edək ki, marketoloqlarla müzakirə fürsətinin yaradılması, yerli və xarici bazarda olan yeni tendensiyaların gündəmə gətirilməsini təşkil edən forum 2 gün davam edib.  

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin