İntiqam Əliyevə mükafat verildi...

Hazırda oxunan: İntiqam Əliyevə mükafat verildi...

79050
D18 Hərəkatı bu il “ İlin Cümhuriyyətçisi”x9d mükafatın hüquq müdafiəçisi, vicdan məhbusu İntiqam Əliyevə verdi.

D18 Hərəkatı Cümhuriyyət dəyərlərin qoruyub, yaşatdığı üçün Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, vicdan məhbusu İntiqam Əliyevə “ İlin Cümhuriyyətçisi”x9d mükafatı verilib. Tədbirdə REAL icraçı katibi Natiq Cəfərli, REAL İdarə Heyəti üzvü Azər Qasımlı, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, İntiqam Əliyevin ailə üzvləri və media nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözülə açan Hərəkat başkanı Ruslan İzzətli öncə 19 may tarixində Binəqədi rayonu Azadlıq prospektində yerləşən binanın yanması nəticəsində faciəli şəkildə ölən vətəndaşların əziz xatirəsin bir dəqiqəlik sükutla yad edib.

Ruslan İzzətli çıxışında bildirib ki, D18 Hərəkatı olaraq hər il 28 may Respublika Günü ilə əlaqədar bir vətəndaşımıza Hərəkatının qərarı ilə mükafat veririk. Mükafat Cümhuriyyət prinsiplərinin qorunmasında göstərdikləri xidmətə görə təqdim edilir. Çox təəssüf ki, iki ildi mükafat siyasi məhbuslara veririk. Keçən il İlqar Məmmədova və bu il İntiqam Əliyevə təqdim edəcəyik. Biz istərdik ki, Cümhuriyyət dəyərlərin qoruyan şəxslər həbsxanada yox, azadlıqda ölkəsi və milləti üçün hizmət etsin.

Daha sonra REAL Hərəkatının İdarə Heyəti üzvü Natiq Cəfərli, Ziyalılar Birliyinin sədrin Eldəniz Quliyev, REAL İdarə Heyəti üzvü, politoloq Azər Qasımlı, hüquq müdafiəçisi Samir Kazımlı, hüquqşünas Samirə Ağayeva və İntiqam Əliyevin qızı Nərmin Kamilsoy çıxış ediblər.

Tədbirin sonunda mükafat İntiqam Əliyevin qızı Nərmin Kamilsoya təqdim edilib.

Qeyd edək ki, D18 Hərəkatı keçən il “ İlin Cümhuriyyətçisi”x9d mükafatın REAL sədri, vicdan məhbusu İlqar Məmmədova təqdim edilib.
İntiqam Əliyevə mükafat verildi... İntiqam Əliyevə mükafat verildi... İntiqam Əliyevə mükafat verildi... İntiqam Əliyevə mükafat verildi... İntiqam Əliyevə mükafat verildi... İntiqam Əliyevə mükafat verildi... İntiqam Əliyevə mükafat verildi... İntiqam Əliyevə mükafat verildi...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin