Qazi Turalın müalicəsini YAŞAT Fondu boynuna götürdü - ÖZƏL - VİDEO

Hazırda oxunan: Qazi Turalın müalicəsini YAŞAT Fondu boynuna götürdü - ÖZƏL - VİDEO

7904

YAŞAT Fondu qazi Tural Əsədzadənin müalicəsini və sosial təminatını öz üzərinə götürüb.

Bu barədə Bizim.Media-ya qazinin anası Şəlalə Əsədzadə bildirib.

Ananın sözlərinə görə oğlunun ayağa qalxması üçün sosial şəbəkələrdə etdiyi videomüraciətdən sonra Fond ailə ilə əlaqə saxlayıb və qaziyə baş çəkib:

“YAŞAT Fondu oğlumun sağalıb normal həyata qayıtması üçün bütün yükü öz üzərinə götürdü. Hər bir şeyini təmin edirlər və yardımlarını əsirgəmirlər. Şükür olsun ki, işıq yolu var. İnşallah oğlumun tezliklə ayağa qalxmasını, onun yenə gülüb, danışmasını istəyirəm. Ümid edirəm ki, o günlər yaxındadır”.

22 yaşlı Tural Nizami oğlu Əsədzadə Bərdədə doğulub və böyüyüb. Könüllü olaraq Vətən müharibəsinə yollanıb.  

Oktyabrın 1-də Talış istiqamətində qəhrəmancasına döyüşən Tural Əsədzadə başından aldığı güllə yarası ilə hospitala yerləşdirilib.

Üç ay hospitalda müalicə almasına baxmayaraq qazimizin səhhətində heç bir irəliləyiş yoxdur.

Hazırda qazimiz  yatağa məhkum olub. Nə gəzə, nə əl-qolunu tərpədə, nə də danışa bilir.

Gözünün qabağında övladının  şam kimi əridiyini görən Şəlalə Əsədzadə sosial şəbəkələrdə prezident İlham Əliyevə videomüraciət etmişdi.  

Alçina Amilqızı, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin