Azərbaycanlı şagirdlərdən beynəlxalq olimpiadada REKORD NƏTİCƏ - FOTO

Hazırda oxunan: Azərbaycanlı şagirdlərdən beynəlxalq olimpiadada REKORD NƏTİCƏ - FOTO

79033

Azərbaycan məktəbliləri iyunun 1-də Şarm əl-Şeyxdə (Misir) keçirilən “WAMAS 2022” Ümumdünya Mental Arifmetika Olimpiadasının qalibi olublar.

Olimpiadada dünyanın 19 ölkəsindən 250-dən çox məktəbli iştirak edib. 

Azərbaycan komandası rekord nəticə göstərib. Komandada 5 yaşdan 12 yaşa qədər kateqoriyalar üzrə 7 ÇEMPİON var! Onlar Ülvi Ağazadə, Rufiz Abbaszadə, Füzuli Cəfərov, Heydər Behbudov, Kamal Behbudov, Selina Rzayeva, İlham Rzayevdir. 

Dörd nəfər - Ataxan Məmmədzadə, Mikayıl Mehdiyev, Nəcibə Qazaxova və Sofiya Cəfərova 1-ci yerə, iki nəfər - Aliyə Nəsirova və Əmirə Nəsirova 2-ci yerə və 1 nəfər - Bədrəddin Qazaxova 3-cü yerə layiq görülüb. 
Azərbaycan komandasına 5 yaşdan 12 yaşa qədər uşaqlar daxildir. Bu uşaqlar altı aydan dörd ilə qədər mental arifmetika ilə məşğul olublar. 

Ən gənc çempion İlham Rzayevin cəmi 5 yaşı var. 10 dəqiqə ərzində ikirəqəmli ədədlə (məsələn, 22+66-11+22) 95 misalı düzgün həll edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin